Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tovuzda əsgər hərbi hissədə qətlə yetirilibmiş - Rəsmi

Baxılıb: 740     Tarix: 05-08-2022 10:40   

Tovuzda vəfat edən əsgərin qətlə yetirildiyi məlum olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qanunvehedef.az-a bildirilib ki, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə istintaq tədbirləri davam edir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar