Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qızının polis tərəfindən zorlandığını deyən qadına cinayət işi açıldı

Baxılıb: 606     Tarix: 09-08-2022 14:24   

Lənkəranda yetkinlik yaşına çatmayan qızına polis əməkdaşı tərəfindən seksual xarakterli zorakılıq əməllərinin törədildiyini iddia edən qadın barəsindəki xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
Qanunvehedef.az-ın əldə etdiyi məlumata görə, Lənkəran RŞPİ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru Orxan Şahmarovun rayonun Osaküçə kənd sakini, 1988-ci il təvəllüdlü Vüsalə Əliyeva barəsindəki Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə şikayəti əsasında hökm elan edilib.
Hökmə əsasən V.Əliyeva Cinayət Məcəlləsinin 148-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək ona 360 saat ictimai iş cəzası verilib. 147-ci, yəni təhqir maddəsi ilə bağlı iddia isə təmin edilməyib və bu maddə ilə V.Əliyevaya bəraət verilib.
Qeyd edək ki, V.Əliyeva mətbuatda bir neçə dəfə çıxış edərək 2004-cü il təvəllüdlü qızının O.Şahmarov tərəfindən bir neçə dəfə cinsi təcavüzə məruz qaldığını iddia edib.
Daha sonra V.Əliyevanın yetkinlik yaşına çatmayan qızı ilə cinsi əlaqədə olmuş başqa şəxs barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
O.Şahmarov isə bundan sonra Lənkərandakı vəzifəsindən azad edilərək başqa bir rayona eyni vəzifəyə göndərilib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar