Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mingəçevirdə əməliyyat, 6 nəfər tutuldu

Baxılıb: 388     Tarix: 13-08-2022 10:44   

Mingəçevirdə polisin keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər tutulub.
Qanunvehedef.az DİN Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər də məhkum olunmuş Rəhim Rəhimov saxlanılıb. Onun üzərindən heroin, yaşadığı ünvandan isə satış məqsədilə saxladığı külli miqdarda heroin, eləcə də psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici narkotacirdən onlayn yolla aldığını bildirib. Keçirilən növbəti əməliyyatlar nəticəsində isə daha 5 nəfər – əvvəllər də eyni əmələ görə məhkum olunmuş Pərvin Abbasov, Tural Mahmudov, Allahverdi Həmidov, Elxan Hacıyev və Elton Kərimov tutulub. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ güclü təsiredici narkotik vasitələr götürülüb.
Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq aparılır.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar