Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

22 il əvvəl törədilmiş müəmmalı qətlin üstü açıldı

Baxılıb: 483     Tarix: 16-08-2022 12:38   

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmış cinayətin üstü peşəkarlıqla açılıb.
Qanunvehedef.az DİN Mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilin fevralında Gəncə şəhər sakini Solmaz Yolçuyevaya məxsus evə quldurluq məqsədilə daxil olaraq xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ev sahibini öldürməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb.
Onun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlub olub ki, saxlanılan şəxs cinayəti vəfat etmiş Xəyal Səfərov və Arzu Hacıyevlə birlikdə törədib.
Dindirilmə zamanı E.Məmmədov qətlə yetirilən şəxsin evində 30 000 ABŞ dolları olması barədə məlumat əldə ediklərini, cinayəti törətdikdən sonra isə evdən cəmi 220 ABŞ dolları və bir qızıl üzük apardıqlarını etiraf edib.






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar