Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Yevlaxda narkotacir saxlandı - FOTO

Baxılıb: 694     Tarix: 22-08-2022 11:20   

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Muradov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 1 kiloqram 645 qram marixuana, 73 qram tiryək, 64 qram metamfetamin və 1 ədəd bıçaq maddi sübut kimi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar