Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Lənkəranda əməliyyat, 21 nəfər saxlanıldı

Baxılıb: 612     Tarix: 30-08-2022 13:39   

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlham Abasov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 2 kiloqram 335 qram heroin və 520 qram tiryək aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq İ.Abbasovun Liman şəhəri ərazisində zibillikdə gizlətdiyi bağlamadan 4 kiloqram 400 qram marixuana, 1 ədəd TOZ 8 markalı silah və silaha aid 24 ədəd patron aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə İ.Abasovun həmin narkotik vasitəni Liman şəhər sakini Vüqar Hüseynovdan satış məqsədilə əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 44 qram heroin və 67 qram tiryək aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayət əməllərini törətməkdə şübhəli bilinən ümumilikdə 21 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər