Xəbər lenti
24/08/2026 [09:12]
Tramp İrlandiyaya gedir
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İmişlidə ağır yol qəzaları olub: 2 ölü, 8 yaralı

Baxılıb: 687     Tarix: 30-07-2018 10:33   

Dünən İmişli rayonunda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Qanunvehedef.az xəbər verir ki, rayonun Xoşçobanlı kəndində “Vaz 2106” markalı minik avtomobili “T-80” markalı traktora çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 62 yaşlı qadın vəfat edib. Daha bir qadın və 3 kişi isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
 
Oxşar hadisə rayonun Qaralar kəndində də qeydə alınıb. Şirkətlərdən birinə məxsus olan H 028 731 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobil yoldan çıxaraq aşıb. Qarşısına motosikletin çıxması nəticəsində aşan avtomobildə olan şəxslərdən 51 yaşlı kişi vəfat edib. Daha bir kişi və 3 qadın isə xəstəxanaya yerləşdirilib.
 
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}