Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Şadlıq evində ofisiant və barmen toy sahibini belə soydu - TƏFƏRRÜAT

Baxılıb: 850     Tarix: 31-07-2018 11:27   

Kürdəmirdə toy məclisindən edilmiş oğurluq əməli ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Qanunvehedef.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının kənarındakı məşhur “Nicat Plaza” şadlıq evində baş verib. İyulun 28-də burada Mollakənd kənd sakini olan “Con” ləqəbli C.İsayevin toyu olub.
 
Toy məclisinin yekununda şadlıq evinin dəhlizində quraşdırılmış kassadakı pulların təxminən yarısının oğurlandığı məlum olub. Bəlli olub ki, toya yazılan pullardan 4700 manatı yoxdur.
 
İlkin araşdırmalardan sonra məlum olub ki, pulları həmin şadlıq evində ofisiant və barmen kimi işləyən Qağaclı kənd sakinləri Tərlan Mazanov və Ruhan Bəşirzadə oğurlayıb. Hər iki dost əvvəlcədən plan hazırlayıblar və kassanın arxa hissəsindəki taxtanı aralayıblar. Toy zamanı onlar ehtiyatla kassaya yaxınlaşaraq zərflərdə kassaya atılmış pulların bir həssini götürüblər və heç nə olmamış kimi işlərinə davam ediblər.
 
Artıq hər iki şəxs tutulub. Faktla bağlı cinayət işi başlanılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar