Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Evlərdən məişət əşyaları oğurlayan şəxs tutuldu

Baxılıb: 625     Tarix: 31-07-2018 11:36   

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 2 evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, Cəlilabad şəhər sakini Ə. Məmmədov Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edərək şəhər ərazisində yerləşən ona məxsus yaşayış evindən təxminən 2 min manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırmalarla onun Cəlilabad rayon sakini Ruslan Əsədov olduğu müəyyən edilib. Onun ətrafında həyata keçirilən əməliyyat tədbirləri zamanı şəhər ərazisindəki digər bir yaşayış evindən 600 manat dəyərində məişət əşyalarını oğurladığı da müəyyən edilib.
Saxlanılan zaman R. Əsədovun üzərindən şəxsi istehlak miqdarından artıq (0,641 qram) çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar