Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanlı qanuni oğru Qazaxıstanda tutuldu

Baxılıb: 1 270     Tarix: 02-08-2018 17:11   

Gürcüstan və Azərbaycan ərazisində cinayətkar fəaliyyətlə məşğul olan, Azərbaycan vətəndaşı “vor zakon” Qazaxıstanda həbs edilib.
Virtualaz.org xəbər verir ki, bu barədə rəsmi məlumatla ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Almas Sadubayev çıxış edib. Polisin məlumatına görə tutulan şəxs Azərbaycan vətəndaşıdır, onu DİN, Milli Təhlükəsizlik Komitəsi Akmolinsk vilayətinin hüquq-mühafizə əməkdaşları birgə keçirdikləri əməliyyatla saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları Şuçinsk şəhərində azərbaycanlı “vor zakon”un qaldığı oteldə əməliyyat keçiriblər və onu tutublar.
“Saxlanılan şəxsin üzərindən patronları ilə birlikdə tapança, döyüş qumbarası və narkotik maddə tapılıb. O, Qazaxıstana Tbilisidən aviareyslə gəlib və ilkin məlumatlara görə qohumları Gürcüstanda, Azərbaycanda yaşayan azərbaycanlı sahibkarlardan reketçiliklə pul toplamaq niyyətində olub”-Sadubayev bildirib.
Saxlanılan şəxsin kimliyi açıqlanmır, o müvəqqəti saxlanma təcridxanasına salınıb. Təhqiqat gedir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar