Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Axtarışda olan daha 26 nəfər saxlanılıb

Baxılıb: 793     Tarix: 30-04-2018 10:10   
 Daxili İşlər Nazirliyi aprelin 28-dən 30-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat  açıqlayıb.
Nazirlikdən Modern.az-a bildirilib ki, ötən gün daxili işlər orqanları tərəfindən ötən 2 gün ərzində 155 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
 
Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
         
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.шаблоны для dle 11.2