Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Hakim Fədayə Laçının həbs müddətini AÇIQLADI

Baxılıb: 1 093     Tarix: 09-08-2018 09:56   

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Qanunvehedef.az trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan olunub.
Penitensiar xidmətin keçmiş qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev, qarovul rəisinin digər müavini Tural Poladxanov, müğənni Fədayə Laçın, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov özlərini ittihamlarda qismən təqsirli biliblər.
Penitensiar xidmətin Konvoy taborunun komandiri Bəhruz Abdullayevlə Anar Əsgərov isə özlərini təqsirli bilmədiklərini söyləyib.
Hakim bildirib ki, C.Səmədov, P. Hacıyev və T. Poladxanova qarşı irəli sürülən itihamlar sübuta yetirilərsə, onların hər birini 19 il həbs cəzası, Fədayə Laçını 6 il, Günay Atakişiyevanı isə 12 il həbs cəzası gözləyir.
Məhkəmə Ə.Ağamiyə sərbəst ifadə vermək üçün təklif edib. O, çıxışa hazır olmadığını, istintaqa ötən ilin noyabrında ifadə verdiyini vurğulayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar