Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ruslar türk dövlətinə aid qalıqları aşkarladı - Dəhşət

Baxılıb: 752     Tarix: 10-08-2018 13:32   

Rusiyalı arxeoloqlar Krımın şərqində yerləşən Qız-Aul nekropolunda qazıntı zamanı kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlayıblar.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Arxeologiya” fondunun rəsmi nümayəndəsi Oleq Markov yayıb. Markov aşkar edilən qalıqların bir qisminin qəribə vəziyyətdə dəfn edildiyini bildirib:
“Bu insan qalıqlarından biri əlini üzünə tutmuş vəziyyətdə aşkarlanıb. Belə bir görüntü yaranır ki, bu şəxsi canlı şəkildə dəfn ediblər və o da üzünü ölümündən öncə hansısa formada bağlayıb qorumağa çalışıb”.
Markovun sözlərinə görə, kiçik məntəqədə 10 skelet aşkarlanıb və onların sümüklərində ciddi zədələr müəyyən edilib. O, hələlik bu şəxslərin kütləvi qırğın və ya epidemiya nəticəsində öldüyünün bilinmədiyini deyib. Tapılan qalıqların Xəzər xaqanlığı dövrünə aid olduğu vurğulanıb.
Qeyd edək ki, Xəzər xaqanlığı türk dövləti olub. Bu dövlət 650-969-cu illərdə hökmranlıq edib. Xəzərlər Ön Qafqaz, Qazaxıstanın şimal-qərbi, Azov sahilləri, Krımın şərq hissəsi, Şərqi Avropanın bir hissəsini nəzarətlərində saxlayıblar.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar