Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arvadını qısqanan kişi qonşusunu öldürdü - Azərbaycandakı qətlin təfərrüatı

Baxılıb: 592     Tarix: 03-09-2018 16:50   

Salyan rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndində baş verib.
Kənd sakini, 1989-cu il təvəllüdlü Səmədov Elgün Alek oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlunu qısqanclıq zəminində güllələyərək qətlə yetirib.
Hadisə E.Səmədovun yaşadığı evdə baş verib.
E.Səmədov R.Bağırovu evinə çağıraraq onu həyat yoldaşına qısqandığını deyib. Mübahisə nəticəsində E.Səmədov evində saxladığı "Я-6818" markalı yivsiz qoşalüləli ov tüfəngi ilə iki dəfə atəş açaraq R.Bağırovu ağır yaralayıb. Yaxınları tərəfindən xəstəxanaya aparılan R.Bağırov yolda dünyasını dəyişib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 1-də Salyan rayonunun Seyidsadıqlı kəndi ərazisində yaşayan Elgün Səmədov həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu Rüfət Bağırovu yaralayıb. Xəstəxanaya yerləşdirilmiş R.Bağırov orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə E.Səmədov tutulub.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar