Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Məhkəmə külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsə bəraət verib

Baxılıb: 639     Tarix: 03-09-2018 23:46   

Məhkəmə külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsə bəraət verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Faiq Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qanunvehedef.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə F. Muradovun vəkili Elnur Quliyev müdafiə nitqi ilə çıxış edib.
O, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını deyib. Vəkil F. Muradova bəraət verilməsini istəyib.
F. Muradov da son sözündə günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Sonra hökm oxunub. Hökmə əsasən, F. Muradova bəraət verilib.
Qeyd edək ki, F. Muradov 121 min manat məbləğində dələduzluqda ittiham edilirdi. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılmışdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar