Xəbər lenti
24/08/2026 [09:12]
Tramp İrlandiyaya gedir
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Hakim şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxardı

Baxılıb: 726     Tarix: 05-09-2018 16:19   

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35 000 manat və 18 800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi davam etdirilib.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası davam etdirilib.
Hakim bildirib ki, cinayətdə iştirak etdiyi barədə şübhələr olan Aqşin adlı şəxs məhkəmə çağırışlarına cavab vermir. Şahid kimi tanınan Aqşin oğurluğu etməkdə ittiham olunan Nicatın dostudur. N.İsrafilov istintaqa ifadəsində oğurluğu Aqşinlə birgə törətdiyini və pulu böldüklərini deyib.
Onun məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılsa da, polislər onu tapa bilməyib.
Zərərçəkmiş F.Əzizova deyib ki, ona dəyən ziyandan 53 min manat ödənsə də, 14 min 500 manat qalıb.
O həmin pulu tələb edib.
İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar