Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda iş adamı həyat yoldaşını niyə güllələdi? - TƏFƏRRÜAT

Baxılıb: 562     Tarix: 14-09-2018 22:21   
Kürdəmir rayonunda silahlı insident baş verib.
Qanunvehedef.az publika.az-a istinadən xəbər verir ki, sentyabrın 13-də Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva evindən qırma yaraları ilə xəstəxanaya gətirilib.
Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən - əri Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16" markalı tüfəng götürülüb.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, Q.Salayeva ailədəki söz-söhbətlər səbəbindən bir neçə gün əvvəl anasının yanına köçüb. Son vaxtlar əsəbləri yerində olmayan Şahin Kərimov dünən silah götürərək həyat yoldaşını geri qaytarmağa gedib və burada münaqişə yaranıb.
Nəticədə, Ş.Kərimov odlu silahla həyat yoldaşına atəş açıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.
Bildirilir ki, hadisəni törədən şəxs Kürdəmirdəki restoranlardan birinə rəhbərlik edir.
Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar