Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Otaqda olanda şəklimizi "Malış" çəkdi" - Fədayə Laçın

Baxılıb: 813     Tarix: 17-09-2018 13:11   
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Əli Ağami və digər şəxslərin məhkəməsi keçirilib.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə şahidlər dindirilib.
Lənkəran Şəhər Polis Şöbəsinin rəis müavini Səadət Tağıyev deyib ki, müğənni Fədayə Laçın "Qoca" ilə görüşmək üçün onların inzibati idarəsinə gəlib: "Mən Fədayə xanımı Müvəqqəti Saxlanma Yerinin rəisi Əlişir Fərəcovun otağına apardım. Qadın olduğu üçün üstünü yoxlamadıq".
Fədayə Laçın bildirib ki, "Qoca" ilə Əlişir Fərəcovun otağında görüşüb: "Otaqda olanda şəklimizi "Malış" çəkdi".
S.Tağıyeva bu hadisədən sonra işdən çıxarılıb.
Müdafiə tərəfi vəsatət verərək hadisə zamanı Lənkəran, Masallı və Astara rayonun polis rəsiləri olmuş şəxslərin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyiblər. Hakim vəsatəti baxılmamış saxlayıb.
Proses sentyabrın 19-da davam etdiriləcək.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar