Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda şadlıq evində BİABIRÇILIQ: Administrator iki uşaq anası olan xadiməni zorladı

Baxılıb: 629     Tarix: 19-09-2018 16:47   

Bakıda şadlıq evinin administratoru xadiməni zorlayıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki məşhur şadlıq evlərindən birində baş verib.
Qanunvehedef.az "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, sentyabrın 18-də rayonun 5-ci polis bölməsinə 40 yaşlı paytaxt sakini (etik səbəblərə görə adını açıqlamırıq) müraciət edib. Qadın deyib ki, uşaqlarını saxlamaq üçün Süleyman Sani Axundov küçəsində yerləşən şadlıq saraylarından birində xadimə işləyib. Onun sözlərinə görə, tez-tez toy mərasiminin sonunadək işini bitirmək üçün gec saatlara kimi işdə qalıb.
Zərərçəkmiş deyib ki, sentyabrın 17-dən 18-ə keçən gecə şadlıq evinin administratoru onu zorlayıb.
Hazırda faktla bağlı materialların rayon prokurorluğuna verilməsi üçün işlər aparılır. Hələlik saxlanılan yoxdur.
Xatırladaq ki, bu, son ayda Bakıda yeddinci zorlama faktıdır.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar