Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Jurnalistlərin binasından ev "verən" redaktora 8 İL HƏBS, 3 İLLİK QADAĞA

Baxılıb: 716     Tarix: 01-05-2018 11:54   
"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə  davam edib.
 Qanunvehedef.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin vəkili çıxış edərək müvəkkili barəsində şərti cəza verilməsini xahiş edib.
 
Zərərçəkən çıxış edib ki, bu adam kiməsə arxayındır: "Nə istintaq, nə də məhkəmə bəzi detalları ortaya çıxarmadı. Görünür kimsə buna nəsə söz verib və deyib ki, səni çıxardacağıq. Bu bilmirdi ki, belə işlərin axırı pis olacaq?".
 
 
Məhkəmədə son sözlə çıxış edən Gündüz Hüseynov məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib: "Özümü qismən günahkar hiss edirəm. Mənim də elədiyim olub, amma hər şeyin çoxunu edənlər çöldədir".
 
Təqsirləndirilən cibindən iki körpə uşağının şəkilini çıxardaraq hakimlərə göstərib: "Bu uşaqları görürsünüz, bunların gələcəyini nəzərə almağınızı xahiş edirəm".
 
Xatırladaq ki, prokuror çıxışında Gündüz Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Hakimlər kollegiyasının hökmünə əsasən, Gündüz Hüseynov 3 il rəhbər və jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il azadlıqdan məhrum edildi.
 
Qeyd edək ki, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. O bütün zərərçəkənlərə jurnalistləri tikilən binada ev verdirəcək vədi verib.шаблоны для dle 11.2