Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Başını kəsdiyi adamlarla şəkil çəkdirən məşhur CƏLLAD ələ keçdi - FOTO

Baxılıb: 554     Tarix: 23-09-2018 23:00   
Suriyada qanlı cinayətlər törətmiş terror təşkilatı İŞİD-in məşhur cəlladlarından biri Türkiyədə xəstəxanada tutulub. Hələb sakini olan və yeniyetmə yaşlarından İŞİD-ə qoşulan Ahmed İsa adlı terrorçu Adana xəstəxanasında müalicə olunarkən saxlanılıb. Məlum olub ki, Suriyadakı döyüş əməliyyatları vaxtı ağır yaralanan və Kilisdən Türkiyəyə keçən terrorçu burada ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanada müalicə olunduğu müddətdə onun kimliyini dəqiqləşdirmək mümkün olmayıb. Nəhayət Türkiyə hüquq-mühafizə orqanları bir ayağı amputasiya edilmiş şəxsin İŞİD-in məşhur cəlladı olan Ahmed İsa olduğunu müəyyən edib.
İŞİD sıralarında döyüşərkən "Əbu Eyyub" və ya "Azuz Habbuş" kod adlarından istifadə edən terrorçunun xeyli müddət əvvəl Türkiyəyə keçdiyi üzə çıxıb. Onun telefonunda aparılan araşdırma zamanı xeyli başı kəsilmiş, dəmir barmaqlıqlardan asılmış insan fotoları tapılıb. Bəzi fotolarda o, öldürdüyü şəxslərin cəsədləri qarşısında əlində avtomatlı formada görünür.
Artıq A.İsa həbs edilib. Onun başına 100 min dollarlıq mükafat qoyulduğu bildirilir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar