Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda yeni dələduzluq növü - telefonu avtomobilə toxunduraraq

Baxılıb: 566     Tarix: 24-09-2018 11:09   

Bakıda yeni növ dələduzluqla məşğul olan şəxslər peyda olub. Yolun kənarında dayanan həmin şəxslər işlək vəziyyətdə olmayan mobil telefonu yolda hərəkətdə olan avtomobilə toxunduraraq sonradan sürücüdən pul tələb edirlər. Sosial şəbəkələrdə yayılan belə görüntülərdən aydın olur ki, bir nəfər yolda hərəkətdə olan avtomobilə yaxınlaşaraq əlində olan telefonu maşının yan hissəsinə toxundurur.
Sonra isə sürücüyə telefonun sındığını bildirərək ondan pul tələb edir. Belə bir hadisə ilə paytaxt sakinlərindən biri qarşılaşıb. Bütün olanlar isə həmin şəxsin avtomobilində quraşdırılan təhlükəsizlik kamerasına düşüb.
Son vaxtlar sosial şəbəkələrdə bir çox sürücülər belə hadisə ilə qarşılaşdığını bildiriblər.
Videogörüntü ilə tanış olan hüquqşunas Kamandar Hüseynov deyir ki, yolun kənarında dayanan şəxslərdən birinin əlindəki mobil telefonu məqsədli şəkildə maşına toxundurması açıq-aydın görünür. Belə vəziyyətdə isə həmin şəxsin həm cinayət, həm də mülki məsuliyyəti ortaya çıxır. Bu cür hal Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq halı kimi qiymətləndirilir.
Belə vəziyyətdə isə həmin sürücü məhkəməyə müraciət etməlidir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar