Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Evdən tələsik çıxdı, bir daha geri qayıtmadı - ŞƏKİDƏ MÜƏMMALI OLAY

Baxılıb: 553     Tarix: 26-09-2018 12:54   

1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqov sentyabrın 23-də səhər saatlarında rayonda "dağ dibi" deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və indiyədək geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, evdən çıxanda əynində boz rəngli şalvar və pencək, ayağında qara rəngli ayaqqabı olub. Boyu 170 sm, gözlərinin rəngi qəhvəyi , orta bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə 024-244-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar