Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Araz" zavodunda yanğın: 2 nəfər xəsarət aldı

Baxılıb: 746     Tarix: 28-09-2018 15:25   

Sentyabrın 28-də saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Araz” zavodunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.
Nazirlikdən Qanunvehedef.az-a verilən məlumata görə, yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb.
Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisənin baş vermə səbəbi mütəxəssislər tərəfindən araşdırılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar