Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

25 nəfərin diri-diri yanıb öldüyünə görə təqsirləndirilən həkim istintaq zamanı ÖLDÜ

Baxılıb: 617     Tarix: 01-10-2018 12:20   

Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən həkim, həmin mərkəzin şöbə müdiri olmuş Azad Ələkbərov vəfat edib.
Qanunvehedef.az qafqazinfo-ya istinadən xəbər verir ki, A.Ələkbərov yanğından sonra cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq zamanı A.Ələkbərov infarkt keçirib və ürəyində problemlər yarandığı üçün stend qoyulub.
Onun səhhətinin ağır olmasına görə barəsindəki cinayət işi ayrıca icraata götürülmüşdü və istintaq hərəkətləri dayandırılmışdı. A.Ələkbərovun vəziyyəti ağır olduğu üçün onunla birgə təqsirləndirilən şəxslərin işi məhkəməyə göndərilsə də, şöbə müdirinin işi istintaqda saxlanılmışdı. Ələkbərov bu müddət ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alırdı.
Sentyabrın 29-da isə A.Ələkbərovun səhhəti pisləşib və o, dünyasını dəyişib.шаблоны для dle 11.2