Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda nişanlı qızın intiharı ilə BAĞLI DƏHŞƏTLİ FAKTLAR: 3 gün sonra toyu olacaqdı

Baxılıb: 588     Tarix: 03-10-2018 10:48   
Şəki rayonunda baş verən intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Rayonun Aşağı Göynük kəndində yaşayan və müəmmalı səbəbdən intihar edən 1997-ci il təvəllüdlü Mirzəyeva Sitarə Ramiz qızı nişanlı olub.
Bildirilir ki, 21 yaşlı Sitarənin atası aşpaz, anası isə orta məktəb müəllimidir. Dünən anası işdən gələndə qızının evdə asılı vəziyyətdə qalmış meyitini tapıb. Onun üzərindən hər hansı məktub tapılmayıb. Hadisə yerinə gələn istintaqçılar gənc qızın telefonunu araşdırma üçün götürüb.
Kənd sakinlərinin bildirdiyinə görə, intihar edən 21 yaşlı Sitarənin bu ayın 6-da toyu olacaqmış. Artıq toy üçün dəvətnamələr də paylanılıbmış.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır./publika.az
***
Şəki rayonunda intihar hadisəsi baş verib.
Qanunvehedef.az-ın report-a istinadən verdiyi məlumatına görə, hadisə ötən gün Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazisindəki Abbaslı yaşayış massivində qeydə alınıb.
Kənd sakini, 1997-ci il təvəllüdlü Satirə Ramiz qızı Mirzəyevanın meyiti yaşadığı evdə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Araşdırma zamanı 21 yaşlı S.Mirzəyevanın hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.шаблоны для dle 11.2