Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda kişiyə bıçaqla hədə-qorxu gəldilər: Telefonunu ver!

Baxılıb: 605     Tarix: 06-10-2018 13:36   
Bakıda Füzuli rayon sakininə küçədə hücum edilib.
Qanunvehedef.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Füzuli rayon sakini, 1963-cü il təvəllüdlü Əliyev Alı Baxış oğlu ərizə ilə Nizami Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildirib ki, oktyabrın 4-də saat 14 radələrində rayonun Bəhruz Nuriyev küçəsi 71 ünvanının qarşısında özünü Namiq adı ilə təqdim edən şəxs digər naməlum şəxslə birlikdə onu bıçaqla hədələyərək əlindəki "Samsung -J2 Prima" markalı mobil telefonunu verməsini tələb ediblər.
A.Əliyev dərhal onlardan qaçdığı üçün quldurluq edən şəxslər ondan telefonu ala bilməyiblər.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar