Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Gəncədə 5 avtomobil toqquşdu: yaralılar var

Baxılıb: 645     Tarix: 10-10-2018 10:32   

Gəncə şəhərində 5 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə şəhərin Sadiq Rəhimov küçəsində qeydə alınıb.
Belə ki, VAZ 21015, "Mersedes", VAZ-2104 və iki VAZ-2107 markalı avtomobillərin iştirakı ilə baş verən zəncirvari avtomobil qəzasında, 1974-cü il təvəllüdlü Atəş Firdus oğlu Quliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qəza zamanı daha iki nəfərin xəsarət aldığı və onlara hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən ilkin tibbi yardımın göstərildiyi bildirilir.
İlkin məlumatlara görə, qəzaya ərazidə hərəkətdə olan marşurut avtobusunun yol qaydalarını pozması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar