Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bakıda restoranda müştəriləri əxlaqsız adlandırıb qovdular

Baxılıb: 865     Tarix: 02-05-2018 11:18   
 Bakının mərkəzi Nizami küçəsində yerləşən "Köz +(Koz doner & Tantuni)" restoranında qalmaqal yaşanıb.
İki gün öncə 2 müştəri xanım dostları ilə çay içərkən restoranın kassiri tərəfindən çölə çıxarılıb.
Restoranın işçiləri onları əxlaqsızlıqda günahlandırıb və üzərinə hücum ediblər.
Bu barədə restorandan qovulan Orxan Bayram adlı şəxs məlumat verib:
"Dostum Elmir və 2 yaxın xanım dostumuzla çay içən zaman restoranın kassiri məni çölə çıxartdı. Onun "bura ailəvi restorandır, əxlaqsızlıq etməyin, rədd olun, çıxın çölə" sözlərini eşidəndə şoka düşdüm. İçəridə kamera olduğunu söylədim və sübut istədim. Heç bir sübut gətirmədən restoranın kassiri, dönərçi, ofisiantlar üzərimizə hüçum çəkdilər. Onlara başa saldıq ki, yanımızda xanımlar var, heç olmasa qadınlara hörmət etsinlər. 15-20 nəfərin söyüş, təhqir, əl-qol hərəkətləri ilə üzərimizə gəlməyi əxlaqsızlıqdır, şərəf və ləyaqətin alçaldılmasıdır".
Şikayətçi şəxs ərazidə polis əməkdaşının da olduğunu, lakin müdaxilə etmədiyini iddia edib:
"Hazırda polisə və bir neçə aidiyyatı orqana rəsmi müraciət etmişik. Restoran rəhbərliyi isə qaçıb gizlənməklə məşğuldur".
open.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar