Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Sumqayıtda dostların dəniz kənarında qonaqlığı faciə ilə bitdi

Baxılıb: 711     Tarix: 12-10-2018 10:35   

Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.
Qanunvehedef.az-ın report-a istinadən məlumatına görə, Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və "Damba" adlanan əraziyə gələrək suya baş vurub.
Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticədə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.
Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.
Hər üç dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.
Faktla bağlı araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar