Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda məzarlığı talayan şəxs iş başında tutuldu

Baxılıb: 506     Tarix: 14-10-2018 16:31   
Bakıda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.
Qanunvehedef.az musavat.com-a istinadən xəbər verir ki, saxlanılan şəxs xristianlara məxsus məzarların üzərində olan dəmir parçalarını oğurlayaraq satırmış. Həmin şəxsin əməlini sübut edən videogörüntü sosial şəbəkələrdə yayılıb.
10 EP 399 dövlət nömrə nişanlı "Moskvich" markalı maşınla qəbiristanlığa gələn şəxs elə iş başında yaxalanıb.
Videodan da aydın olur ki, həmin şəxs artıq dəfələrlə qəbiristanlıqdan oğurluq edib və bunu ona irad olaraq bildirirlər.
Oğurluq edən şəxsi qəbiristanlığa yaxınlarının məzarını ziyarət etməyə gələn şəxslər yaxalayıblar. Daha sonra polisə məlumat verilib və həmin şəxs saxlanılıb.
Məlumata görə, oğurluq hadisəsinin baş verdiyi yer Yasamal qəbiristanlığıdır.
Xatırladaq ki, bu qəbiristanlıqda dəfələrlə oğurluq hadisələri baş verib. Məzarların yanına qoyulan güldanların, qərənfillərin oğurlanması barədə bir neçə dəfə məlumat vermişik.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar