Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İçərisində azərbaycanlıların da olduğu gəmi niyə batıb? - İlkin SƏBƏB

Baxılıb: 617     Tarix: 14-10-2018 16:42   
Qara dəniz sularında Panama bayrağı altında üzən və metal qalıqları daşıyan teploxodun ilkin batma səbəbi məlum olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin ("Rosmorreçflot") mətbuat xidməti məlumat yayıb.
Agentlik mütəxəssislərinin fikrincə, "Fom" teploxodunun batmasına yüklərin yerinin ştatdankənar dəyişdirilməsi səbəb olub. Bu, gəminin yan tərəfə əyilməsi və nəticədə batmasına gətirib çıxarıb.
"Gəmi metal qırıntıları daşıdığından, qəzaya yüklərin yerinin ştatdankənar dəyişdirilməsi səbəb ola bilər", - deyə idarədən qeyd ediblər və bunun ətraf mühit üçün heç bir təhlükəsinin olmadığını bildiriblər.
Gəmi Azov limanından yola çıxıb və sahildən 50 mil məsafədə batıb. Teploxodun bütün heyət üzvləri - altı Azərbaycan və iki Türkiyə vətəndaşı xilas edilib.шаблоны для dle 11.2