Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Elmira Axundovadan üzr istəyirəm – Məhkəmə

Baxılıb: 618     Tarix: 15-10-2018 14:09   

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
Qanunvehedef.az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini yazılı şəkildə məhkəməyə təqdim edib.
Daha sonra E.İbrahimov ifadəsini elan edib. O, zərərçəkmiş Fərman Məmmədov epizodu üzrə danışıb:
"Fərman müəllim ifadəsində deyir ki, biznes işi ilə bağlı mənimlə əlaqə saxlayıb. Sonra məhkəmədə bildirir ki, pulu Həbib Axundova verib. Axı bu necə olur? O, heç verdiyi pulun məbləğini bilmir. Çünki Fərman müəllimin verdiyi pul Nazir Mirzəyevə məxsusdur. Fərmanın dediyinə görə, guya onun pulunu nazir saxlayırdı. Məgər Fərman bankdır? Fərmanın necə insan olduğu hər kəsə məlumdur. Mənim ona bir qəpik də borcum yoxdur. Əksinə, o, şər-böhtanla Həbib Axundovdan aldığı 250 min manat pulu geri qaytarmalıdır".
E.İbrahimov qeyd edib ki, həbs edilən zaman F.Məmmədovun adamları onun Həbib Axundovun üzünə durmasını istəyib:
"Fərman müəllim məndən şikayətçi olmadığını söylədi. Onlar bir neçə dəfə mənə dedilər ki, mən Həbibin üzünə durum".
İfadəsinin davamında təqsirləndirilən şəxs deputat Elmira Axundova və onun oğlu H.Axundovdan üzr istəyib:
"Çox utanıram. Çünki mətbuatda onlar haqqında çox şey yayıldı".
O, F.Məmmədovdan faizə aldığı pulun əvəzinə qazancdan artıqlaması ilə pul verdiyini söyləyib:
"Ondan 430-450 min manat civarında faizə pul almışam. Qazancdan isə 650 min manat pul vermişəm. Bir sözlə, Fərmanın mənə borcu qalıb".
Prosesdə zərərçəkmiş F.Məmmədov vəsatət qaldırıb. O, ibtidai istintaqı araşdıran müstəntiqin məhkəmədə dindirilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb. Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar