Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Galendewagen”lə deputatın qarşısını kəsdi, çənəsini sındırdı və Bakıya qaçdı

Baxılıb: 757     Tarix: 02-05-2018 12:44   
 Kiyevdə Ukrayna Ali Radasının “Pyotr Poroşenko bloku”undan deputatı Mustafa Nayemin çənəsini sındırıb Bakıya qaçan şəxsin görüntüləri yayılıb.
 
Ukrayna prokurorluğu həmin şəxsin deputatı döyəndən iki saat sonra Kiyevin “Borispol” hava limanından Bakıya uçduğunu təsdiq edib. Amma şəxsin kimliyi açıqlanmayıb, onun barəsində cinayət işi qaldırılması və barəsində axtarış elan edilməsi gözlənilir.
 
Ukrayna telekanalları bildirir ki, həmin şəxs “Mercedes Galendewagen” markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq deputatın idarə etdiyi “Honda” avtomobilinin yolunu kəsib. Bu vaxt tərəflər arasında mübahisə yaranıb.
 
“Mercedes Galendewagen” sürücüsü köməyə dostlarını çağırıb, onlar BMW avtomobilində gəliblər və dava zamanı deputatın çənəsi sındırılıb. Mustafa Nayemə “Mercedes Galendewagen”in idmançı görkəmli sürücüsü zərbə endirib. O, hazırda xəstəxanadadır.//modern.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar