Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Krım teraktı: Partlayışdan əvvəl tələbələrə hücum olub

Baxılıb: 601     Tarix: 17-10-2018 15:35   

Krımın Kerç şəhərindəki kolleclərin birində partlayış baş verib.
Qanunvehedef.az xəbər verir ki, partlayış nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın şəxs isə yaralanıb. Yaralılardan 20-nin vəziyyəti ağır olduğu üçün Birinci şəhər xəstəxanasına yerləşdirilib.
“Partlayış yeməkxanada baş verib. Səbəb aydın deyil, mütəxəssislər araşdırırlar”, - məlumatda bildirilib.
Krımın baş naziri Sergey Aksyonov partlayışla bağlı təcili olaraq Kerçə yollanıb.
***
Kerçdəki kollecdə partlayış naməlum partladıcı qurğu vasitəsilə baş verib.
Bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
Hadisə yerində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları işləyir.
***
Kerç Politexnik Kollecində partlayışdan öncə atışma olub.
Bu barədə məlumat Teleqramdakı “Mash” kanalında yer alıb.
“Kerç Kollecində girov götürülməsinə cəhd edilib. Bundan sonra orada atışma başlayıb, daha sonra isə partlayış olub. Hazırda hüquq-mühafizə orqanları kollec ərazisində araşdırma aparırlar. 20-25 yaşlarında olan oğlan axtarılır. Cinayətkarda 12 millimetrlik silahla bərabər, partlayıcı qurğu da olub”, – deyə kanalda məlumat yerləşdirilib.
Sosial şəbəkədə həmçinin cinayətkarın partlayışdan öncə kabinetlərə daxil olaraq, tələbələrə atəş açdığı vurğulanıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar