Mərkəzi Klinik Xəstəxanada həkim səhlənkarlığı daha bir can aldı - Meyit ortalıqda qaldı
Baxılıb: 644 Tarix: 20-10-2018 09:12
Bakı şəhər sakini Nazilə Əhmədova həkim laqeydliyi səbəbindən Mərkəzi Klinik Xəstəxanasında dünyasını dəyişib.
Qanunvehedef.az bildirir ki, bu barədə Qaynarinfo-ya mərhumun qızı Nərmin Əhmədova məlumat verib.
"Dünən gecə saat 2-nin yarısında anamın vəziyyəti anidən pisləşdi və təcili yardım çağırdıq. Təcili Tibbi Yardım pul aldıqdan sonra anamı Respublika Kliniki Xəstəxanasına gətirdi. Qeydiyyat üçün 10 manat verdik. Sonra onu reanimasiya şöbəsinə yerləşdirdilər. Rasim adlı həkim xəstəyə baxdıqdan sonra vəziyyətinin ağır olduğunu, gecə növbəsi olduğundan xəstəyə baxmağın çətin olduğunu dedi. Biz də hər cür "hörmət" edəcəyimizi, təki anama yaxşı baxılmasını, hətta lazımdırsa, başqa bir xəstəxanaya köçürülməsini istədik. "Narahat olmayın" deyib, getdi" deyə Nərmin Əhmədova bildirib.
Onun sözlərinə gərə, gecə saat 05.00 radələrinə qədər xəstə haqda heç bir məlumat verilməyib, nə kompüter tomoqrafiya, nə də exo kordioqrama edilməyib:
"Təkcə qan analizi götürüblər. Onu da pul aldıqdan sonra ediblər. Səhər saat 5-də məlumat verdilər ki, vəziyyəti yaxşıdır, təzyiqi də normaya düşüb. Səhərə qədər orada gözlədik. Amma əlavə heç bir məlumat vermədilər. Davamlı olaraq mühafizəyə pul, ora pul, bura pul... Bu şəkildə xəbər gözləyirdik. Saat 1-in yarısında qohumlarımızdan biri yanına girəndə görüb ki, qadının bədəni gömgöydür. Onda dedilər ki, xəstə indicə keçindi və heç nə edə bilmədik".
Nərmin Əhmədova bildirb ki, Səhiyyə Nazirliyinə və xəstəxana rəhbərliyinə müraciət etsələr də, laqeyidliklə üzləşiblər:
"Səhiyyə Nazirliyinə müraciət etdik, xəstəxananın baş həkimi Telman İbadovun, müavininin yanına getdik, amma çox laqeyd şəkildə münasibət göstərdilər. Xəstə ölüb, amma bunların veclərinə deyil. Reanimasiyada 15-20 nəfər ağır xəstə də var. Onlar da baxımsız vəziyyətdədirlər. Anamın meyiti də eləcə, reanimasiya bölməsində, ortalıqda qalıb, baxan yoxdur. Heç bir müdaxilə olmadığı üçün xəstə 8-10 saat ərzində vəfat etdi".

Ən çox oxunanlar
Son xəbərlər