Əmisi oğlunun arvadını qaçıran gənci döyərək öldürdülər - Qız ərinə zəng edib ki... - YENİLƏNİB
Baxılıb: 564 Tarix: 22-10-2018 15:10
Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb.
Qanunvehedef.az-Az-ın criminal.az-a istinadən məlumatına görə, 26 yaşlı Elşad Əsədov əmisi oğlunun 25 yaşlı həyat yoldaşı
Aynur Əsədovanı qaçırıb.A.Əsədova evdən qohumugilə getmək adı ilə çıxıb və E.Əsədovla görüb avtovağzala gəliblər. Taksi ilə Bakıya gələrək Bakılxanov qəsəbəsində kirayə ev tutub birlikdə yaşayıblar. Qadın daha sonra ərinə zəng edərək sevdiyinə qovuşduğunu və onunla xaricə gedəcəyini bildirib. Onların Bakıdakı yerini müəyyən etmək üçün Elşadı izləyiblər.
Evin yerini biləndən sonra qohumları gəlib onları Qubaya aparıblar. Qadın qohumlarına bildirib ki, Elşadı sevir və onunla xoşbəxtdir.
Daha sonra Elşadı qızın atasının yanına aparıblar. Orada Elşadı xeyli sayda adam yerə yıxaraq döyüb. O, aldığı zərbələrdən ölüb.
Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov polislər tərəfindən saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
***
Bir neçə gün əvvəl sosial mediada Azərbaycanda əmisinin gəlini ilə qaçan gənc oğlanın ayaqları bağlanmış halda linç edilməsinin görüntüləri yayılmışdı.
Publika.az-ın əldə etdiyi məlumata görə, videodakı gənc artıq öldürülüb.
Belə ki, əldə etdiyimiz məlumata görə, linç edilən gənc Qubanın Tülər kənd sakinidir. O, 5 gün əvvəl əmisinin gəlini ilə qaçıb. Bir müddət əvvəl həyat yoldaşından boşanan şəxs əmisi oğlunun arvadı ilə qaçandan az sonra tapılıb. Gəlinin əri və dostları onları yaxalayaraq kəndə gətirib. Bu zaman onlar 30 yaşlı Şahini (ad şərtidir) kənd yaxınlığındakı sahədə ayaqlarını bağlayaraq linç ediblər. Daha sonra həmin görüntürlər internetdə yayılıb. Dünən isə kənd ərazisində Şahin növbəti dəfə linç edilib və bir qrup şəxs onu araya salaraq vəhşicəsinə döyüb. Bu zaman qarşılıqdan istifadə edən şəxslərdən biri onu bıçaqlayaraq öldürüb.
Artıq faktla bağlı cinayət işi açılıb, saxlanılanlar var.
Ən çox oxunanlar
Son xəbərlər