Milyarder "tapmışam" dedi, nazirlik təkzib etdi
Baxılıb: 611 Tarix: 22-10-2018 16:44
Stalin illərində cəzalandırılanların bir çoxunun qalıqlarının uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində axtarış işləri aparılarkən mən böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdim.
Kult.az xəbər verir ki, bunu Virtualaz.org-a açıqlamasında azərbaycanlı milyarder Fərhad Əhmədov deyib.
Xatırladaq, Fərhad Əhmədov hələ Göyçayda kombinat direktoru işləyərkən 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarının axtarışının aparılması üçün Azərbaycan hakimiyyətindən icazə almışdı.
F.Əhmədova axtarış işlərinin aparılmasında NKVD və Bayıl türməsinin keçmiş "ölüm korpusunun" tibbi xidmətinin əməkdaşları kömək edirdilər. Və axtarışlar zamanı hüquq-mühafizə orqanlarının məhkəmə hökmlərini və edam cəzalarını icra etmiş keçmiş əməkdaşları F.Əhmədova Azərbaycanın rəhbəri olmuş və 26 may 1956-cı il güllələnmiş Mircəfər Bağırovun, eləcə də 1937-ci ildə cəzalandırılmış şair Mikayıl Müşfiqin basdırıldıqları yerləri də göstərmişdilər.
Sonralar F.Əhmədov M.Bağırovun qohumlarından biri – sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşmüş və ona Azərbaycanın keçmiş rəhbərinin gizli basdırıldığı yer haqda məlumat vermişdi. 2017-ci ildə Londonda keçirilmiş genetik ekspertiza – DNK analizi NKVD-nin sabiq əməkdaşlarının informasiyasını təsdiq etdi. Tapılmış qalıqlar M.Bağırova məxsus idi. Və Azərbaycanın keçmiş rəhbərinin qohumları həmin qalıqları köhnə Yasamal qəbiristanlığında dəfn etdilər.
Mikayıl Müşfiqin qalıqlarına gəlincə, F.Əhmədovun sözlərinə görə, o, Qaradağ rayonunda aşkar edilmiş və M.Müşfiqə aid olduğu ehtimal olunan qalıqlar haqda Mədəniyyət Nazirliyinin rəhbərliyinə məlumat verib.
***
Mədəniyyət Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib ki, F.Əhmədovun öz sensasiyalı tapıntısı haqda bu qurumu xəbərdar etdiyi barədə iddiasına baxmayaraq, Mədəniyyət Nazirliyinin rəhbərliyi tam məsuliyyətlə bildirir ki, nə o, nə də başqa kimsə onlara Mikayıl Muşfiqin qalıqlarlarının tapılması məsələsi ilə bağlı müraciət etməyib.
Bununla belə, Azərbaycan xalqının Muşfiqə olan həssas münasibətini və F.Əhmədovun bəyanatı ətrafında yaranan ajiotajı nəzərə alaraq, Mədəniyyət naziri Əbülfəs Qarayevin sərəncamı ilə bütün məqamlar yoxlanılacaq və müvafiq genetik ekspertiza – DNK analizi aparılacaq.
Mədəniyyət Nazirliyinin mətbuat katibi onu da bildirib ki, bununla birlikdə Muşfiqin anadan olmasının 110 illiyi ilə əlaqədar dövlət səviyyəsində təntənəli tədbirlər keçiriləcək.
Ən çox oxunanlar
Son xəbərlər