Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Gördük oğru evdə oturub araq içir..." – Bakıda qeyri-adi cinayət

Baxılıb: 620     Tarix: 24-10-2018 13:06   

Bakıda quldurluq və oğurluq etməkdə təqsirli bilinən Aydın Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qanunvehedef.az teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Aydın Muxtarov 12 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il dekabrın 26-da Bakının Naxçıvani küçəsində yaşayan 1951-ci il təvəllüdlü Tatyana Pisorova öz evində hücuma məruz qalıb. Qaz açarı ilə hədələnən qadının evindən 100 manat, 300 ABŞ dolları, 80 avro, mobil telefon və qızıl-zinət əşyaları oğurlanıb. Cinayətkar hadisə yerindən qaçıb.
Hadisəni törədən Aydın Muxtarov həbs edilib.
Məlum olub ki, Aydın Muxtarov qohumu Aysel Mustafayevanın da evindən oğurluq edib.
Zərərçəkmiş ifadəsində deyib ki, onun atası zərgər olub: "Hadisə günü evimizə gələndə gördük ki, oğru oturub evdə araq içir. Biz həyətə girəndə qaçdı. Evdən ümumilikdə 1500 manata yaxın pul və əşyalar aparıb".
Digər zərərçəkmiş İlkin Əsgərov deyib ki, bir gün qonşusu ona mənzilinin pəncərəsinin sınması barədə məlumat verib: "Gəldim, gördüm ki, 800 manatdan çox pul və ləvazimatlar oğurlanıb. Oğru pəncərəni sındırıb içəri girmişdi. Bu günə kimi mənə dəyən ziyan ödənilməyib".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar