Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakıda Əməkdar artistə qarşı ŞOK CİNAYƏT: HƏBS EDİLƏNLƏR VAR/RƏSMİ

Baxılıb: 616     Tarix: 24-10-2018 13:27   

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən Qanunvehedef.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində avtomobildən oğurluq etdiyinə görə saxlanılan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Rizvan Quliyev və T.Mustafazadənin ətrafında aparılan tədbirlərlə onların rayon ərazisində daha 1 avtomobildən pul və sənəd, həmçinin oktyabrın 20-də Nərimanov rayonunun C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Nurlan Növrəslinin "Renault" markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə mobil telefon və bank kartını oğurladıqları da müəyyən edilib.
Oktyabrın 23-nə keçən gecə Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində şəhər sakinləri E.Hacıyevin və S.Novruzovun "Mercedes" markalı, R.Şahverdiyevin isə "KİA" markalı avtomobillərindən pul, mobil telefon aksesuarları və məişət əşyalarının oğurlanması barədə 1-ci Polis Bölməsinə müraciət daxil olub.
Polis əməkdaşlarının "isti izlər"lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini Elvin Məhərrəmov və Bakı şəhər sakini Ramil Salahov saxlanılıblar.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində 4 avtomobildən pul və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəhər sakini Eşqin Qurbanov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, avtomobilindən oğurluq edilən Nurlan Növrəsli tanınmış müğənni, Azərbaycan Respublikasının Əməkdar artistidir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar