Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar çıxarıldı - Foto

Baxılıb: 779     Tarix: 24-10-2018 16:56   

Bu gün səhər saatlarından etibarən Virtualaz.org saytının təşkil etdiyi xüsusi qrup Bakının Puta qəsəbəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların çıxarılması üçün işə başlayıb.
Böyük ehtimalla Müşfiqə məxsus olduğu təxmin edilən qalıqlar azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun atası Teymur Əhmədovun qalıqlarının axtarılması zamanı tapılıb. F.Əhmədov açıqlamasında bildirib ki, qalıqların tapılması haqda vaxt Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyini məlumatlandırıb. Habelə iş adamı Müşfiqə aid olduğu təxmin edilən qalıqlarla eyni quyuda basdırılmış 10-a yaxın insan qalıqlarının (hamısı 30-cu illərdə Stalin repressiyaları zamanı güllələniblər) toplanması və gələcək araşdırma üçün ayrıca saxlanılmasını təmin edib.
Bu gün həmin qalıqlar qazılaraq çıxarılıb, onların arasından Müşfiqə aid olduğu qalıqlar ayrılıb. Fotodan da göründüyü kimi skeletin baş sümüyündə iki güllə yeri var.
Hər ehtimala qarşı digər qalıqlardan da bir neçəsi götürülüb. Növbəti mərhələdə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar üzərində tədqiqat başlayacaq və nümunələr götürüləcək. Daha sonra həmin nümunələr şairin yaxınlarından birindən götürülmüş nümunələrlə müqayisə edləcək, yəni DNK analizi aparılacaq. Redaksiyamız böyük ümidlə gözləyir ki, aşkar edilən qalıqların nakam şairə məxsusluğu DNK analizi ilə təsdiqlənəcək və onu nəhayət layiq olduğu şəkildə dəfn etmək mümkün olacaq.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar