Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda 18 yaşlı oğul atasına görə adam öldürdü - İlginc təfərrüat

Baxılıb: 628     Tarix: 25-10-2018 11:24   

Bakıda küçədən meyiti tapılan şəxsin öldürüldüyü məlum olub.
Qanunvehedef.az bildirir ki. publika.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 19-da Bayıl qəsəbəsi Neftçi Qurban küçəsi 35 ünvanının qarşısından 1964-cü il təvəllüdlü Həsənov Əhəd Əli oğlunun meyiti tapılıb. İlkin araşdırmalar zamanı onun kürək nahiyəsindən aldığı bıçaq xəsarətindən öldüyü müəyyənləşib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Həsənovun elə həmin binanın 39 saylı mənzilində yaşayan ata və oğlu tərəfindən öldürüldüyü üzə çıxıb. Belə ki, oktyabrın 19-na keçən gecə Ə.Həsənov Neftçi Qurban küçəsi 35 ünvanındakı binadan istilik radiatorlarını oğurlamağa gəlib. Bu zaman mənzilin sahibi Abdullayev Sakit Arif oğlu oğruya mane olmağa çalışıb və onların arasında dava düşüb. Dava-dalaş zamanı oğru tərəfindən atasının döyüldüyünü görən 2000-ci il təvəllüdlü Faiq Abdullayev bıçaqla həmin şəxsin kürəyinə zərbələr endirib. Binaya oğurluğa gəlmiş şəxsin öldüyünü görən ata və oğlu meyiti binanın həyətinə ataraq uzaqlaşıb.
Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətmiş ata və oğlu oktyabrın 24-də sxlanılaraq istintaqa təhvil verilib.шаблоны для dle 11.2