Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Gömrükçülər külli miqdarda brilyant müsadirə edib

Baxılıb: 712     Tarix: 06-11-2018 13:57   

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları külli miqdarda brilyant qaşların gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsinin qarşısı alınıb.
Qanunvehedef.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı İsmayılov Aqil Əsfəndiyar oğluna məxsus əl yükü Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalındakı rentgen cihazından keçirilən zaman, monitorda şübhəli əşyaların təsvirlərinin əks olunması gömrükçülərin diqqətindən yayınmayıb.
Buna görə də sərnişin saxlanılaraq onun əl yükündə təkrar yoxlama aparılıb.Yoxlama zamanı əl çantasının alt hissəsinin plastik örtüyü sökülüb və oradakı boşluqda yapışqan lentlə üzlənmiş üç ədəd şəffaf polietilen bükümlərin yerləşdirildiyi müəyyən edilib.
Həmin bükümlərdəki 12 ədəd polietilen paketlərdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan, ümumi çəkisi 105,0 qram təşkil edən brilyant qaşlar aşkar olunub.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar