Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda "qəza gecəsi": üç qadın yaralandı

Baxılıb: 796     Tarix: 07-11-2018 14:30   
Dünən gecə saatlarında piyadaları maşın vurub.
Qanunvehedef.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakının Bakıxanov qəsəbəsində baş verib. Belə ki, avtomobil yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Həsənova Gülşənə çırpılaraq onu yolun kənarına atıb. Zərərçəkən Təcili tibbi yardım briqadası tərəfindən Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.
Analoji hadisə Bakıxanov qəsəbəsinin Eldar Xəlilov və Muxtar Fətəliyev küçələrinin kəsişməsində baş verib. 1964-cü il təvəllüdlü Əliyeva Elmira yolu keçmək istəyərkən avtomobilə çırpılaraq altında qalıb. O, Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.
Daha bir oxşar hadisə Buzovna qəsəbəsində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü İbrahimova Aygünü maşın vurub. Vəziyyəti sabitdir.
Faktlarla bağlı araşdırmalar aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar