Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İran azərbaycanlıların “Elin” dərgisini qadağan etdi

Baxılıb: 955     Tarix: 07-11-2018 15:00   
Marağa Universitetinin “Elin” öyrənci dərgisinin fəaliyyəti dayandırılıb.
Qanunvehedef.az xəbər verir ki, Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağına aid dərgi “bölücülük, millətçilik və etniklər arasında ayrı-seçkilik salmaq” fəaliyyətində ittiham olunub.
Mətbuata Nəzarət Komitəsinin çıxardığı hökmə əsasən, dərginin fəaliyyəti 1 il müddətinə dayandırılıb.
Qadağa müddəti komitənin mayın 24-də dərgi ilə bağlı keçirdiyi iclasdan sonra hesab olunacaq.
Bundan əlavə, nəşrin məsul redaktoruna yazılı töhmət veriləcəyi barədə qərar qəbul olunub.
Qeyd edək ki, “Elin” dərgisi 13 və 14-cü sayını ötən qış aylarında buraxıb. Bundan sonra Marağa Universitetinin Nəşrlərə Nəzarət Komitəsi dərginin fəaliyyətini müvəqqəti olaraq dondurmuşdu. Fars və türk dillərində nəşr olunan “Elin” dərgisi 2010-cu ildən fəaliyyət göstərir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar