Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda avtobus süpürgəçi qadını vurub öldürdü

Baxılıb: 846     Tarix: 08-11-2018 13:13   

Bakıda avtobus süpürgəçi qadını vuraraq öldürüb.
Report-un məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. “Daevoo” markalı avtobus yolda təmizlik işləri aparan Bəsti (soyadı hələlik məlum deyil) adlı qadını vuraraq öldürüb.
Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Bakıda əvvəllər də süpürgəçilərin müxtəlif nəqliyyat vasitələri tərəfindən vurularaq öldürülməsi hadisələri baş verib.
***
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu gün səhər saatlarında paytaxtın Qara Qareyv prospektində Vurğuz Yavər oğlu Şirinovun idarə etdiyi “Hunday” markalı, 90 BX 135 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yolda təmizlik işləri aparan, 1948-ci il təvəllüdlü Bəsti Dostəli qızı Eyvazovanı vurub.
Qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
Hadisəni törədən sürücü saxlanılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar