Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

25 yaşlı gəncimiz toyundan 3 gün sonra öldü- 42 DƏRƏCƏ QIZDIRMADAN

Baxılıb: 772     Tarix: 03-05-2018 15:01   
Göyçay Rayon Mərkəzi Xəstəxanası toyundan 3 gün sonra dünyasını dəyişən 25 yaşlı gəncin ölümü ilə bağlı açıqlama verib.
Qanunvehedef.az Sonxeber.az isdinadən xəbər verir ki, xəstəxananın baş həkimi AzNews.az-a verdiyi məlumata görə, Nihat Abdullayevin qəfildən kəskin temperaturu qalxıb:
"Temperaturu 42 dərəcəyə qalxıb, evdə yardım ediblər, baxıblar ki, təzyiqi sıfra düşüb. Bundan sonra onu xəstəxanaya gətiriblər. Biz də Nihatı reanimasiya şöbəsinə yerləşdirdik. Hər yerdən də həkimlər dəvət etdik, onu vəziyyətdən çıxarmağa çalışdıq. Nə etdiksə, mümkün olmadı, xəstəni həyata qaytara bilmədik. Böyrək çatışmazlığından dünyasını dəyişib. Ağır itkidir, Allah rəhmət eləsin. İndi onların evində toy yasa çevrilib...".
Qeyd edək ki, Göyçayda toydan 3 gün sonra bəy dünyasını dəyişib. Göyçay şəhər sakini 1993-cü il təvəllüdlü Abdullayev Nihat Bəhruz oğlunun halı qəflətən pisləşib. O, Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Mətbuatda yayılan xəbərlərdə Nihat Abdullayevin talassemiya xəstəsi olduğu da vurğulanır.шаблоны для dle 11.2