"Allah üzümə baxıb ki, həmin gecə evə gəlməmişəm" - evi qarət olunan aktrisa
Baxılıb: 820 Tarix: 11-11-2018 17:22
Xəbər verdiyimiz kimi, aktrisa Ülviyyə Əliyevanın evinə oğrular girib.
Aktrisa bu barədə big.az -a ətraflı açıqlama verib:
"Hadisə 3 gün öncə Xətai rayonu ərazisində baş verib. Təxminən 15 min manatlıq qızıllarım, az miqdarda da pulum evdən götürülüb. Hazırda istintaq gedir. Ona görə, ictimailəşdirdim ki, insanlar oyansınlar. Hamımız əl-ələ verək istintaqın gedişinə kömək olaq. Çünki, mənim evimə girən oğrular peşəkar olub. Hiss edilir ki, bu onların birinci işi deyil. Mənim kimi, yəqin ki, zərərçəkənlər var. Növbəti cinayətin qarşısını almaq üçün ictimailəşdirdim"
Aktrisa evə girəndə gördüşlərindən şoka düşüb:
"Yoldaşım bir neçə gün qabaqdan Rusiyaya getmişdi. Mən də hadisə baş verən gecə anamgildə qalmışdım. Hətta evə gəlmək istəyirdim. Amma, elə alındı ki, qalası oldum. Səhər qapını açmaq istəyirdim ki, gördüm artıq qapı açıqdır. İçəri girdim otaqların, hamamın işıqları yanır. Gördüklərimdən şoka düşdüm."
Ülviyyə Əliyeva heç kimdən şübhələnmədiyini də dilə gətirib:
"Nə yoldaşımla, nə də mənimlə düşmənçilik edən yoxdur. Uzun müddət imiş ki, onlar məni güdürlərmiş. Bir şeyi qeyd edim ki, iki ay öncə binanın kamerasın sındırmışdılar. Məhləmiz də sakit məhlədir. Ömrü boyu hər kəsə yaxşılıq etmişik. Allah üzümə baxıb ki, həmin gecə evə gəlməmişəm. Birdən cinayətin üstünə çıxardım, belə çıxır ki, məni vurub öldürərdilər. Burdan üzümü Xətai rayonu ərazisində yaşayanlara tuturam, 4 ay müddətində oxşar hadisə başlarına gəlibsə, xəbər etsinlər, istintaqın gedişinə yardımçı olsunlar"
Ən çox oxunanlar
Son xəbərlər