Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda biznesmeni ölü siçanla hədələyib 50 min istədilər - ŞOK ƏMƏLİYYAT

Baxılıb: 776     Tarix: 03-05-2018 17:30   
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən məşhur sərinləşdirici energetik içkilərdən birinin Azərbaycan üzrə rəhbəri Məmməd və Fikrət adlı iki nəfərin istehsal etdikləri içkinin içərisindən guya ölü siçan çıxması barədə video çəkəcəkləri və həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə onu hədələdiyi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, həmin şəxslər bu böhtan xarakterli, həqiqətə uyğun olmayan videonun yayılmaması üçün şirkət rəhbərindən 50000 ABŞ dollar pul tələb ediblər.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxslər, Bakı şəhər sakinləri – Məmməd Abbasov və Fikrət Abdullayev şirkət rəhbərindən tələb etdikləri pulun 10000 ABŞ dollarını alan zaman saxlanılıblar. M.Abbasovun üzərində şəxsi axtarış aparılan zaman ondan hədə-qorxu gələrək aldıqları pul vəsaitləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər ifadələrində törətdikləri etiraf ediblər.шаблоны для dle 11.2