Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda 11 qadını fahişəliyə cəlb edən kişi barəsində cinayət işi başlanıldı

Baxılıb: 531     Tarix: 13-11-2018 18:30   

Bakıda 11 qadını fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanılıb.
Qanunvehedef.az-ın "Report"-a istinadən xəbərinə görə, həmin qadınlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək Pərviz Məmmədov adlı şəxsin onları fahişəliyə cəlb etdiyini deyiblər.
Daha sonra P.Məmmədov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 19-na təyin edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar